...

Azərbaycan prezidenti Almaniyanın Milli bayramı münasibətilə ölkə rəhbərlərinə təbrik məktubları göndərib

Siyasət Materials 2 Oktyabr 2006 17:14 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Milli bayramı - Alman birliyi günü münasibətilə ölkənin federal kansleri xanım Angela Merkelə və federal prezidenti Horst Kölerə təbrik məktubları göndərib.

"Biz Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişafına böyük önəm veririk. Əlaqələrimizin əhatə zonasının genişlənməsi və həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq bizi sevindirir", - deyə məktubda deyilir.

Prezident əminliyini vurğulayıb ki, ikitərəfli əməkdaşlıqda əldə olunmuş nailiyyətlər ölkələrimizin və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti