Oktyabrın 4-6-da Bakıda MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının növbəti toplantısı keçiriləcək. Bu barədə Trend MDB-nin İcraiyyə komitəsinə istinadən xəbər verir.
Toplantıda iştirakçı-dövlətlərin transmilli cinayətkarlıq, terror, silah və narkotik vasitələrin qanunsuz tranziti ilə mübarizə sahəsində gələcək fəaliyyət məsələlərinin müzakirə ediləcəyi gözlənilir.