...

Bələdiyyə seçkilərində də mürəkkəbdən istifadə olunacaq

Siyasət Materials 4 Oktyabr 2006 11:00 (UTC +04:00)

"Azərbaycanda oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək Avropa Şurası yerli və regional konqresinin nümayəndələri ilə oktyabrın 4-də görüşəcəm". Trend in xəbər verdiyi kimi, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

AŞ nümayəndələri də ölkənin müxtəlif strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək. Azərbaycanda sayı 9500-ü keçən böyük müşahidəçi şəbəkəsi var. Bundan başqa, seçkiləri KİV, siyasi partiyalar və QHT də müşahidə edəcək.

M.Pənahov qeyd edib ki, bələdiyyə seçkiləri zamanı görünməyən mürəkkəbdən də istifadə olunacaq. Respublikaya kifayət qədər mürəkkəb gətirilib və bütün seçki məntəqələri artıq təchiz olunub. Mürəkkəblə bağlı heç bir problem olmayacaq", - deyə MSK sədri bildirib.

M.Pənahovun sözlərinə görə, seçkiləri bu istiqamətdə təcrübəyə malik olan QHT müşahidə edəcək. Müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkiləri, həmçinin, diplomatik korpusların, ABŞ və Britaniya səfirliklərinin, o cümlədən Azərbaycada fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri də müşahidə edəcək.

Xəbər lenti

Xəbər lenti