...

1931 nəfər bələdiyyə üzvü yerinə seçkilərdə 4525 namizəd iştirak edir

Siyasət Materials 4 Oktyabr 2006 12:52 (UTC +04:00)

Oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində 4525 namizəd iştirak edir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

MSK-nın məlumatına görə, seçki keçiriləcək dairələrin sayı - 82, seçki məntəqələrinin sayı - 940, seçki keçiriləcək bələdiyyələrin sayı - 603, seçiləcək bələdiyyə üzvlərinin sayı - 1931, seçkidə iştirak edəcək seçicilərin sayı - 810 minə yaxındır. 164 bələdiyyə tam tərkibdə seçiləcək, 141 bələdiyyədə təkrar, 37-sində əlavə, 405 bələdiyyə üzrə yeni, 22 bələdiyyədə isə ilk dəfə seçki keçiriləcək.

Seçki prosesinin əvvəlində bələdiyyə üzvlüyünə 4696 nəfər namizədliyini irəli sürüb. Onlardan 4686 nəfəri imza vərəqi alıb, 4641 nəfəri seçki sənədlərini təqdim edib. 4638 nəfərin namizədliyi qeydə alınıb, 3 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub. Sonradan 101 nəfər namizədliyini geri götürüb. Seçkilər təxirə salınmış bələdiyyədə namizədlərin sayı 11 nəfər olub. Beləliklə, hazırda 4525 namizəd iştirak edir. Onlardan 239 nəfər qadındır.

Seçkinin gedişini izləmək üçün MSK-da 179 nəfər, dairə seçki komissiyalarında 8416 nəfər yerli müşahidəçi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti