Oktyabrın 10-da Tiflisdə "Şeraton Metexi palas" Fridrix Nauman Fondu və Beynəlxalq Münaqişələr və Danışıqlar Mərkəzi "NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq perspektivləri" adlı beynəlxalq konfrans keçirəcək. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə Nauman Fondundan məlumat verilib.
Konfransın işində Gürcüstan hökuməti və parlament, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri, o cümlədən ekspertlər iştirak edəcək.
Konfransda Fondun nümayəndəsi Volfqanq Yon, Münaqişələr və Danışıqlar Mərkəzinin proqramlar üzrə direktoru Giorgi Xutsişvili, NATO Parlament Assambleyasının nümayəndəsi Elke Xof, Gürcüstan müdafiə nazirinin müavini Mamuka Kudava və Gürcüstanın Respublika partiyasının xarici siyasət üzrə eksperti İvliane Xaindrava məruzə ilə çıxış edəcək.