...

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqələri ətrafında polis qüvvəsi gücləndiriləcək

Siyasət Materials 5 Oktyabr 2006 15:14 (UTC +04:00)

Oktybarın 6-da Azərbaycanda 603 bələdiyyə üzrə keçiriləcək təkrar, əlavə, yeni və ilk seçkilərlə əlaqədar seçki məntəqələri ətrafında polis qüvvəsi gücləndiriləcək. Bu barədə Trend ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Artıq həmin ərazilərdə xidməti borcunu yerinə yetirəcək polis əməkdaşları hər hansı bir təxribatın qarşısının alınması istiqamətində təlimatlandırılıb.

Ümumilikdə isə Daxili İşlər Nazirliyi seçki məntəqələrində hər hansı təxribatın baş verə biləcəyini ehtimal etmir.

Qeyd edək ki, bələdiyyə seçkiləri 82 seçki dairəsinin ərazisində keçiriləcək və 940 məntəqəni əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti