...

"Bakqaz" İB başçısı: Bakı əhalisinin təbii qaz tədarükünə görə 120 mln. AZN borcu var

Siyasət Materials 6 Oktyabr 2006 13:47 (UTC +04:00)
"Bakqaz" İB başçısı: Bakı əhalisinin təbii qaz tədarükünə görə 120 mln. AZN borcu var

Sentyabrın 1-i üçün Bakı əhalisi arasında abunəçilərin sayı 20 min artıb. Trend xəbər verir ki, bu barədə bu gün Bakı Baş Qaz İstehsalat Birliyinin rəhbəri Tahir Əliyev məlumat verib.

Beləliklə, Bakı əhalisi arasında abunəçilərin ümumi sayı 527 min təşkil edib. Bundan əlavə, İB-nin abunəçiləri arasında 5 min qeyri-dövlət kommersiya və 1500 büdcə və dövlət təşkilatları var.

Hazırda tədarük olunmuş qaza görə əhali arasında abunəçilərin borcu 120 mln. AZN təşkil edir. "Əsas borclar şəxsi evlərin sahiblərinə aiddir", - deyə o bildirib.

Hazırda Bakıda 3 mindən artıq şəxsi mülk var. 1000-dən çoxunun borcu var. Onların 623-nün borcu 200 AZN-dən çoxdur. 400-ündə qazın verilməsi dayandırılıb.

Bu günə qədər istehsalat birliyi əhali üçün təxminən 320 min sayğac quraşdırıb və bu, 70% təşkil edir. T.Əliyev qeyd edib ki, ilin sonunadək Bakıda sayğacların quraşdırılması prosesinin tamamilə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti