...

Seçicilərin 33,02 faizi səsvermədə iştirak edib

Siyasət Materials 6 Oktyabr 2006 21:03 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak edən seçicilərin fəallığına dair saat 21-00-dək olan məlumat açıqlanıb. Trendin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev növbəti hesabat saatında KİV-lər üçün brifinq keçirib.

İ.Babayev bildirib ki, bu saata gədər səsvermədə ümumilikdə 265 847 nəfər seçici iştirak edib. Bu isə ölkə üzrə (seçki keçirilən ərazilərdə) seçicilərin ümumi sayının 33,02 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti