...

Səfir: Rusiya Gürcüstanla münaqişənin hərb yolu ilə həll ediləcəyini düşünmür

Siyasət Materials 9 Oktyabr 2006 13:27 (UTC +04:00)

Rusiya Gürcüstanla münaqişənin hərb yolu ilə həll ediləcəyini düşünmür. Trend xəbər verir ki, bu barədə oktyabrın 9-da Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərə məlumat verib.

Hazırda Rusiya və Gürcüstan arasında qarşılıqlı münasibətlərin kəskinləşməsi gürcü tərəfinin ötən həftə bəzi tamamilə əsassız fəaliyyəti ilə əlaqədardır. Rusiyadan Gürcüstan vətəndaşlarının deportasiyası məsələsinə gəlincə diplomat qeyd edib ki, yalnız viza rejimini pozan şəxslər deportasiya olunur, qalanlar isə Rusiyada yaşamağa davam edirlər.

Diplomat bu qaydaların Rusiyada yaşayan azərbaycanlılara qarşı tətbiq ediləcəyi ehtimalını istisna edib, onun sözlərinə görə, azərbaycanlılar Rusiyaya vizasız gəlirlər.

Xəbər lenti

Xəbər lenti