Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Avropa Parlamentinin nümayəndələri İnes Iaydere və Yustas Paleskislə görüşüb. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.
Görüşdə Azərbaycan-Avropa münasibətləri, Ermənistan-Azərbaycan münaqişənin həlli yolları və ölkəmizin Avroatlantik məkana inteqrasiyası məsələləri müzakirə olunub.