...

Xarici işlər naziri Elmar Məmmədyarov Mikloş Haraştini qəbul edib

Siyasət Materials 9 Oktyabr 2006 18:50 (UTC +04:00)

Oktyabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı məsələləri üzrə nümayəndəsi Mikloş Haraştinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qnaq təmsil etdiyi qurumla Azərbaycan arasındakı səmərəli əməkdaşlıqdan məmnun qaldığını söyləyib. Tərəflər ATƏT-in dəstəyi ilə oktyabr ayının 10-da Bakıda keçiriləcək beynəlxalq konfrans zamanı müzakirəsi nəzərdə tutulmuş məsələlər ətrafında fikir mübadiləsi aparıblar. M.Haraşti Azərbaycanda informasiya texnologiyaları sahəsində müşahidə olunan irəliləyişin kütləvi informasiya vasitələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaratdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti