...

Azərbaycan prezidenti Böyük Britaniya parlamentinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətini qəbul edib

Siyasət Materials 10 Oktyabr 2006 17:56 (UTC +04:00)

Oktyabrın 10-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Böyük Britaniya parlamentinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətini qəbul edib. Trend in xəbərinə görə, görüş zamanı prezident qonaqlara Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, cəmiyyətin demokratikləşdirilməsi və digər sahələrdə həyata keçirilən genişmiqyaslı işlər barədə məlumat verib.

Böyük Britaniya parlamentinin üzvü Brayan Cenkins nümayəndə heyətinin bir çox üzvlərinin Azərbaycana ilk dəfə səfər etdiklərini və ölkəmizin xüsusilə son dövrlərdə əldə etdiyi böyük nailiyyətlərin nümayəndə heyətində son dərəcə yaxşı təəssüratlar yaratdığını vurğulayıb. Qonaq Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən işlər ilə bağlı verilən məlumatların ölkəmizi daha yaxından tanımaq baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti