...

Azərbaycanın xarici işlər naziri Pakistanın yeni səfirini qəbul edib

Siyasət Materials 10 Oktyabr 2006 19:24 (UTC +04:00)

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri cənab Caved Qureşini qəbul edib.

Səfir öz tərəfindən ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini söyləyib. O, Pakistanla Azərbaycan arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Nazir E. Məmmədyarov Pakistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən münasibətləri yüksək qiymətləndirib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və etnik təmizləmə siyasətinə toxunan nazir, münaqişəsinin nəticələri və həlli istiqamətində gedən danışıqlar prosesi haqqında qonağa ətraflı məlumat verib. O, Azərbaycan ərazilərini indiyədək işğal altında saxlayan Ermənistan tərəfinin münaqişənin həllində qeyri-konstruktiv mövqedən çıxış etdiyini qeyd edib və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və Azərbaycan Respublikasının Konstitusiyası və ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini vurğulayıb

Həmçinin, nazir Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsinə dair ikitərəfli görüşlər zamanı və beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Konfransı Təşkilatı çərçivəsində Pakistanın Azərbaycanın tutduğu haqlı mövqeyi daim dəstəklədiyini məmnunluqla qeyd elib, ölkələrimiz arasında siyasi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti