...

Millət vəkili Fəzail Ağamalı Sankt-Peterburqa yola düşəcək

Siyasət Materials 11 Oktyabr 2006 11:58 (UTC +04:00)

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Dövlət Quruculuğu Təcrübəsinin Öyrənilməsi və Yeni İdarəetmə üzrə Daimi Komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 11-dən 16-dək Sankt-Peterburqda səfərdə olacaq. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasın gündəliyinə "Sərhədyanı əməkdaşlıq haqqında" və "Regionlararası əməkdaşlıq haqqında" model qanun layihələri, Model Gömrük kodeksinin layihəsi, MDB PA-nın qəbul etdiyi model qanunların milli parlamentlərin qanunvericilik fəaliyyətində istifadəsi, MDB iştirakçıları olan ölkələrin sərhədyanı əməkdaşlığı haqqında Konvensiya layihəsi barədə və s. məsələlər daxil edilib.

Deputatımız müzakirəyə çıxarılan sənədlərə münasibətini bildirəcək, fikir və təkliflərini söyləyəcək.

Xəbər lenti

Xəbər lenti