...

Gəncədə taxıl əkini ilə bağlı regional müşavirə keçirilib

Siyasət Materials 11 Oktyabr 2006 13:15 (UTC +04:00)

Qərb bölgəsi fermerləri artıq taxıl əkmək istəmirlər. Belə gedərsə, bir neçə ildən sonra taxılcılıqla heç kəs məşğul olmayacaq. Trend xəbər verir ki, bu fikirlər Samux Ərazi Kənd Təsərrüfatı İdarəsində keçirilən regional müşavirədə səslənib.

Tədbirdə qərb bölgəsi rayonları İcra Hakimiyyəti aparatlarının nümayəndələri, fermerlər, elmi tədqiqat instutlarının rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Müəssəsinin şöbə müdiri Əhliman Tağıyev ıə başqaları iştirak edib. Ə.Tağıyev bildirdi ki, bu il taxıl əkilən sahələr demək olar ki boş qalıb, bu isə yolverilməzdir. Fermerlər bunun yanacağın qiymətinin bahalığı ilə əlaqələndirdilər və söylədilər ki, taxıl əksələr heç bir xeyr əldə edə bilməyəcək, əksinə, ziyanla işləyəcəklər. Nazirlik rəsmisi isə fermerlərə vəd verərərək onları arxayın salmağa çalışdı.

"Hazırda respublikanın əksər rayonlarında yaradılan aqrolizinq təşkilatları vasitəsi ilə texnika, kübrə problemləri demək olar ki, öz həllini tapıb. Güzəştli şərtlərlə verilən bu resurslara görə artıq fermerlərdən girov da tələb olunmayacaq. Bununla belə, yanacaq bahalaşdığından fermerlər hazırda taxıl əkini ilə bağlı şum aparılmasına imkan tapa bilmirlər. Lakin mən sizə Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun sözünü çatdırmaq istərdim. Nə qədər torpaq sahəniz var, çəkinmədən taxıl əkin. Nə qədər imkanınız var, əkin. Artıq nazirlikdə dövlət səviyyəsində fermerlərə bu və ya digər formada dotasiyaların ayrılması ilə bağlı məsələ müzakirə olunur".

Tədbirdə həmiçnin fermerlərin üzləşdikləri digər problemlər barədə də fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti