...

Prezident Trayan Basesku: Rumıniya Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

Siyasət Materials 11 Oktyabr 2006 18:07 (UTC +04:00)
Prezident Trayan Basesku: Rumıniya Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf edir və prezident Trayan Baseskunun Bakıya səfərindən sonra daha da möhkəmlənəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də Bakıda Rumıniya prezidenti T.Basesku ilə danışıqları açarkən bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan Rumıniyanın dəstəyini hər zaman hiss edib. "Hesab edirəm ki, ölkələrimiz tərəfdaşdırlar. Bizim münasibətlərimiz həm iqtisadi, həm də siyasi, mədəni və humanitar sahələrdə inkişaf edir", - deyə o əlavə edib.

T.Basesku ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib. "Biz siyasi-iqtisadi, o cümlədən təhlükəsizlik sahəsindəki münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Hesab edirik ki, Azərbaycan dost və tərəfdaş ölkədir", - deyə İ.Əliyev bildirib.

T.Baseskunun fikrincə, Azərbaycan təhlükəsizliyin təmin olunması və Avropa bazarında energetika sahəsində rəqabət nöqteyi-nəzərindən böyük rol oynaya bilər.

Rumıniya lideri qeyd edib ki, onun ölkəsi NATO-nun üzvüdür, yanvarın 1-dən Avropa Birliyinin daimi üzvü olacaq və təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələlərində iştirakı nəzərə alaraq, Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti