Azərbaycanın Baş prokuroru Zakir Qaralovun Avstriyaya səfəri çərçivəsində Azərbaycanla Avstriyanın prokuroruq orqanları arasındakı əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Avtriyadakı səfirliyindən verilən məlumatda bildirilir ki, Z.Qaralovun həmin ölkəyə səfəri Avstriyanın baş prokuroru Valter Preslauerin dəvəti ilə baş tutub.
Z.Qaralovun həmkarı V.Preslauerlə görüşündə iki ölkənin hüquq-mühafizə orqanları arasında son zamanlar sürətlə inkişaf edən əməkdaşlığın yüksək qiymətləndirildiyi, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, gələcək əməkdaşlığın stratejı istiqamətləri müzakirə olunub.
Görüşdə həmçinin son zamanlar həyata keçirilmiş çoxsaylı yüksək səviyyəli, o cümlədən nazirlər səviyyəli səfərlərin uğurla təşkili və həyata keçirildiyi xüsusilə vurğulanıb, Avropa ölkələrindən bütün sahələrdə, xüsusilə də hüquq-mühafizə orqanları arasında əməkdaşlıq sahəsində ən sıx əlaqələrin məhz Avstriya ilə qurulub inkişaf edildiyi məmnuniyyət hissi ilə qeyd edilib.
Görüşdə iki ölkənin Baş prokurorları tərəfindən imzalanmış Əməkdaşlıq Proqramının həyata keçirilməsi yolları müzakirə edilib, xüsusi önəmin təlim, tədris və təcrübə mübadiləsinə veriləcəyi qeyd olunub.