...

Azərbaycan QHT-ləri Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını tələb edir

Siyasət Materials 12 Oktyabr 2006 17:46 (UTC +04:00)

"Bu gün Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməsi onun obyektivlik və ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə dayandığını bir daha sübut etdi". Trend in məlumatına görə, bu fikirlər Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) oktyabrın 12-də yaydığı bəyanatındandır.

400-dən QHT-nin birləşdiyi MQF-nin bəyanatında bildirilir ki, Fransanın bu hərəkəti onun ATƏT-in Minsk qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha nümayiş etdirdi. Fransa parlamenti bu qanunu qəbul etməklə həmçinin bütün demokratik dəyərlərə, fikir və söz azadlığına ciddi zərbə vurub, Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə xələl gətirdi.

"Hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa bu gündən sonra öz etimadını itirdi və Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını davam etdirməyə heç bir mənəvi haqqı qalmadı. Bu baxımdan Azərbaycan dövləti Fransanın vasitəçilik missiyasından imtina etməli, bu ölkənin Minsk qrupundan və həmsədrlikdən uzaqlaşdırılmasını təmin etməlidir"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti