...

Gəncəyə yeni yanğınsöndürən maşınlar gətirələcək

Siyasət Materials 12 Oktyabr 2006 18:46 (UTC +04:00)

Gəncə şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində istismar müddətini başa vurmuş yanğınsöndürən maşınlar yeniləri ilə əvəz olunacaq. Bu barədə məlumatı Trend ə bölmə rəisi Təvəkkül Verdiyev verib.

Onun sözlərinə görə, 2007-ci ilin əvvələrində respublikaya gətirilən 90 ədəd yeni yanğınsöndürən maşından Gəncəyə də gətiriləcək. "Şəhərin yanğınsöndürən maşınları köhnəlib, tez-tez təmir olunsa da, yenilərinə ehtiyac var" - deyən Verdiyev qeyd edib ki, Fövqəlada Hallar Nazirliyi yanğınsöndürən maşınları gələn ilin birinci rübündə şəhərə verəcək.

Rəisin bildirdiyinə görə 2006-cı ilin 9 ayı ərzində Gəncədə 36 yanğın hadisəsi qeydə alınıb. Yanğınlar əsasən azyaşlı uşaqların dəcəlliyi, elektrik naqillərinin istismar müddətini başa vurması və digər amillər ucbatından baş verib. Hadisələr nəticəsində dövlət və mülki əmlaka ümumən 3896 AZN ziyan dəyib. Hesabat dövründə həmçinin yanğın təhlükəsi olan 20 obyektin fəaliyyəti dayandırılıb, 253 yerdə nasaz vəziyyətdə olan elektrik naqilləri kəsilib,112 qaz xəttinin istifadəsinə qadağa qoyulub. Rəisin sözlərinə görə, bundan başqa təxminən 2.584 obyektdə yanğına qarşı müayinələr keçirilib.

Xəbər lenti

Xəbər lenti