...

Azərbaycan prezidenti Dövlət Dəmir Yolu işçilərinə Prezidentin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 12 Oktyabr 2006 20:35 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabın 12-də ölkənin nəqliyyat sisteminin inkişafındakı xidmətlərinə görə Dövlət Dəmir Yolu işçilərinə fərdi təqaüdlərin verilməsi haqqında sərəcam imzalayıb.

Sənəddə qeyd edilir ki, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" prezidentin 2002-ci il 11 iyun tarixli, 715 saylı Fərmanına uyğun olaraq, Tofiq Əhmədova və Nadir Məmmədova prezidentin fərdi təqaüdləri verilsin.

Dövlət başçısının digər bir sərəncamı ilə ölkənin nəqliyyat sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Dəmir Yolunun 3 nəfər işçisinə "Əməkdar mühəndis" fəxri adı verilib.

Xəbər lenti

Xəbər lenti