...

AMİP-in İran səfirliyi qarşısında izacəsiz piketi dağıdıldı

Siyasət Materials 13 Oktyabr 2006 15:24 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvünün oktyabrın 13-də İran səfirliyi qarşısında keçirmək istəyi icazəsiz piket polislər tərəfindən dağıdılıb. Trend in məlumatına görə, saat 13.00-a planlaşdırılan aksiyanın İran səfirliyinin binası qarşısında təşkilinə imkan verilməyib.

Buna baxmayaraq partiya fəalları İranda Azərbaycan dilinə hörmətlə yanaşılmamasına etiraz olaraq şüarlar səsləndiriblər. Polislər piketçilərin əllərində olan plakatları alıblar. Piketin qətnaməsi İran səfirliyinə təqdim olunub.

Piket iştirakçılarından 5 nəfər saxlanılaraq Səbail rayon 9-cu polis bölməsinə aparılıb. Təxminən bir saatdan sonra onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar. Piketin dağıdılmasına baxmayaraq AMİP-çilər aksiyanı baş tutmuş hesab edirlər.

Qeyd edək ki, AMİP İranda azərbaycanlıların ana dilində təhsil ala bilməməsinə, fars dilinin məcburən tədris edilməsinə etirazlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti