...

"Azərbaycanın sürətli inkişaf mərhələsi: prezident seçkilərindən ötən uğurlu üç il" mövzusunda konfrans keçiriləcək

Siyasət Materials 13 Oktyabr 2006 16:31 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə oktyabrın 14-də "Azərbaycanın sürətli inkişaf mərhələsi: prezident seçkilərindən ötən uğurlu üç il" mövzusunda konfrans keçirəcək. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, konfrans saat 11.00-da Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında keçiriləcək. Konfransda İlham Əliyevin prezident seçildiyi üç il müddətində Azərbaycanın iqtisadi və siyasi inkişafı, beynəlxalq aləmdə mövqeyinin güclənməsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq, çıxışlar ediləcək.

Konfransda YAP rəhbərliyi, digər partiyaların liderləri, QHT rəhbərləri , dövlət və hökumət rəsmiləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti