Oktybarın 16-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) komandanı Zakir Həsənov Bakıya səfəri başlayan NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin Gələcək Təhlükəsizlik və Müdafiə İmkanları Alt Komitəsinin sədri Vahid Erdenlə görüşəcək. Bu barədə Trend ə DQ-nin Beynəlxalq Əlaqələr Şöbəsindən məlumat verilib.
Görüş çərçivəsində Azərbaycanın Daxili Qoşunlarındakı mövcud vəziyyət və bu sahədə aparılan islahatlarla bağlı müzakirələr aparılacaq. NATO PA-nın nümaynədələri bu sahədəki islahatlarla tanış olacaqlar.
Görüş DQ-nin Baş İdarəsində baş tutacaq.