...

Bakıda Moldova gənclər həftəsi keçiriləcək

Siyasət Materials 16 Oktyabr 2006 16:46 (UTC +04:00)

Oktyabrın 24-29-da Bakıda Moldova gənclər həftəsi keçiriləcək. Azərbaycanın Gənclər və İdman Nazirliyindən Trend ə verilən xəbərə görə, həftə Azərbaycanın Gənclər və İdman Nazirliyi və Moldovanın Maarif, Gənclər və İdman Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında saziş çərçivəsində təşkil olunacaq.

Bu məqsədlə nazir müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Nümayəndə heyətinə gənclər təşkilatlarının nümayəndələri daxil olacaq. Səfər proqramına Dövlət Filarmoniyasındakı konsertdə, sərgidə iştirak etmək, şəhərin görməli yerlərinə ekskursiya daxildir. Ehtimal olunur ki, nümayəndə heyətini Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti