...

Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək

Siyasət Materials 17 Oktyabr 2006 12:18 (UTC +04:00)

Oktyabrın 17-də Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi səfərlə Minskə gələn azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Trend in Belta-ya istinadən xəbər verdiyi kimi, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçılarının geniş spektrli ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir. Prezidentlər dar formatda görüş keçirəcək. Daha sonra geniş tərkibdə danışıqlar aparılacaq və danışıqların yekunları üzrə bir sıra ikitərəfli sazişlər imzalanacaq.

Minsk Şəhər İcraiyyə Komitəsi Dİİ Dövlət Avtomobil müfəttişliyi İdarəsinin məlumatına görə, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rəsmi nümayəndə heyətinin Minskdə olması ilə əlaqədar 17-18 oktyabr tarixlərində bir sıra prospektlər və Qələbə meydanı ilə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. DAM sürücülərə küçə-yol şəbəkəsinin müvafiq hissəsindən istifadə etməməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti