...

"Azadlıq" siyasi partiyalar blokunun toplantısı keçirilib

Siyasət Materials 17 Oktyabr 2006 16:25 (UTC +04:00)

Oktyabrın 17-də "Azadlıq" siyasi partiyalar blokunun toplantısı keçirilib. Bu barədə Trend ə blokda təmsil olunan Liberal Partiyasından məlumat verilib.

Azərbaycan Liberal Partiyasının (ALP) qərargahında keçirilən müşavirədə "Azadlıq" blokunun həmsədrləri Əli Kərimli, Sərdar Cəlaloğlu, Əli Əliyev və Lalə Şökət, həmçinin blokun ekologiya komissyasının üzvləri iştirak ediblər.

Toplantıda əsas müzakirə mövzusu "Azadlıq" blokunun ekologiya komissiyasının formalaşdırılması, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı olub. Blok liderləri və komissiya üzvlərinin birgə qərarı ilə ekologiya komissiyasının vəzifələri, əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

Toplantıda həmçinin 18 oktyabr Müstəqillik Günü ilə bağlı "Azadlıq" blokunun Azərbaycan xalqına təbrik müraciəti hazırlanıb. Eyni zamanda "Azadlıq" qəzetinə qarşı təzyiqlərlə bağlı blokun bəyanatı qəbul edilib.

Hazırda məhkəməsi davam etdirilən DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov və bandasının cinayət işləri ilə bağlı gedən məhkəmə prosesi də müzakirə mövzusu olub.

Qeyd edək ki, müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunda 4 partiya - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Azərbaycan Demokrat (ADP), Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Lideral (ALP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti