...

Azərbaycan EİTİ idarə heyətinin tərkibinə daxil olub

Siyasət Materials 17 Oktyabr 2006 18:57 (UTC +04:00)
Azərbaycan EİTİ idarə  heyətinin tərkibinə daxil olub

Hasilat Sənayesi Şəffaflıq Təşəbbüsünün (EİTİ) gələcək fəaliyyətinin koordinasiyası və beynəlxalq dəstəyini təmin etmək üçün EİTİ-nin Osloda üçüncü beynəlxalq konfransda idarə heyəti yaradılıb.

Trend Azərbaycan Dövlət Neft Fondunun məlumatına istinadən xəbər verir ki, Azərbaycan EİTİ üzrə artıq dörd hesabat hazırlamış və hazırda beşinci hesabatın üzərində işləyən bir ölkə kimi təşəbbüsün idarə heyətinin üzvü seçilib. Konfransın qərarı ilə Azərbaycan beynəlxalq standartlara uyğun hesabat hazırlamış və dünya ölkələri arasında aparıcı rolu nümayiş etdirən yeganə ölkədir.

İdarə heyətinin tərkibinə 8 ölkə nümayəndəsi daxil olub. Onlardan 5-i EİTİ tətbiq edən ölkələr - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan və Nigeriya, 3-ü isə Təşəbbüsü dəstəkləyən ölkələr- ABŞ, Böyük Britaniya və Almaniyadır. Bundan başqa, İdarə Heyətində beynəlxalq qeyri-hökumət təşkilatlarının, hasilat sənayesi şirkətlərinin və investisiya şirkətinin nümayəndələri də təmsil olunacaqlar. Oslodakı konfransda EİTİ üzrə dövlət komissiyasının başçısı, Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Azərbaycanın Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində fəaliyyətinə dair çıxış edib və ölkəmizin öz təcrübəsini digər dövlətlərlə bölüşməyə hazır olduğunu bəyan edib. Konfransda çıxış edən digər iştirakçılar Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti