Azərbaycan NATO-nun fəal tərəfdaşıdır. NATO-ya 26 üzv və 20 tərəfdaş ölkə Azərbaycanla faydalı əlaqələrə malikdir və bu ölkələr qarşılıqlı münasibətlərini uğurla inkişaf etdirirlər. Bunu Trend in Moskvadakı xüsusi müxbirinə Rusiya paytaxtında keçirilən mətbuat konfransından sonra NATO Hərbi Komitəsinin sədri, general Rey Eno bildirib.
"Biz Azərbaycan və Şimali Atlantika Alyansı arasında bü gün müşhahidə olunan qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndiririk. Biz həmçinin, Avroatlantik tərəfdaşlığın fəal və çox qiymətli iştirakçısı kimi, Azərbaycanın perspektiv əməkdaşlıq məsələləri üzrə gələcək irəliləyiş baxımından ikitərəfli qarşılıqlı fayda əsasında NATO ilə münasibətlərin inkişafı və dərinləşdirməsi istəyini alqışlayırıq", - deyə general bildirib.
NATO Parlament Assambley ası nümayəndəsinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının Cənubi Qafqazın Avroatlantik strukturlara inteqrasiyasını əngəlləməsi ilə bağlı bəyanatına gəlincə, R. Eno bildirib ki, bu, sırf siyasi məsələdir və NATO Hərbi Komitəsinin sədri qismində bununla bağlı hər hansı şərh vermək onun səlahiyyətləri xaricindədir.