BMT-nin baş katibi Kofi Annan Envera Selimoviçi BMT İctimai İnformasiya Şöbəsinin Bakıdakı nümayəndəsi təyin edib. Trend in xəbər verdiyi kimi, bu barədə BMT-nin məlumatında bildirilir.
Bosniya və Hersoqovinadan olan E. Selimoviç ictimaiyyətlə əlaqələr və jurnalistika sahəsində böyüyk təcrübəyə malikdir. O, öz yeni postunda dərhal fəaliyyətə başlayacaq.
Əvvəllər, 2003-cü ilin mart ayından E. Selimoviç regionda daha çox BMT Müşahidə Missiyasının Gürcüstandakı nümayəndəsi qismində işləyib. BMT-dəki işinə qədər isə xanım Selimoviç Bosniya və Hersoqovinada tanınmış və hörmətli jurnalistlərdən biri olub. O, həmçinin Bosniya və Hersoqovinanın Nyu-York və Vaşinqtondakı tele-radio bürosunun başçısı olub və bir müddət "BBC"də jurnalistlər üçün treninqlər keçirib. 2001-ci ildə o, Bosniyada ilin ən yaxşı qadın-jurnalisti seçilib.
E. Selimoviç Sarayev Məktəbi Universitetinin siyasi elmlər fakültəsində bakalavr dərəcəsini, Con Hopkins Universitetinin beynəlxalq ictimai siyasət fakültəsində isə magistr dərəcəsini alıb.