Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 27-də İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Bu barədə Trend ə AMİP Mərkəzi Şuranın sədr müavini Nigar Əlicanlı məlumat verib.
O bildirib ki, AMİP İran səfirliyi qarşısında etiraz aksiyalarını dayandırmaq niyyətində deyil və gələn həftədən başlayaraq ardıcıl olaraq hər həftə piketlər keçiriləcək. Aksiyalar hər həftənin cümə günü olacaq. Oktyabrın 27-də keçiriləcək piketlə bağlı sabah Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunacaq.
Qeyd edək ki, müxalifətdəki Azərbaycan Milli İstiqlal Partiyası İranda yaşayan çoxmilyonlu azərbaycanlıların ana dilində təhsil ala bilməməsinə, onların milli-mədəni, konstitusion hüquqlarının pozulmasına etirazını bildirir.