...

Baş nazirin birinci müavini: İlin sonunadək Azərbaycanın hər yerində qaz və elektrik sayğacları quraşdırılacaq

Siyasət Materials 20 Oktyabr 2006 18:40 (UTC +04:00)
Baş nazirin birinci müavini: İlin sonunadək Azərbaycanın hər yerində qaz və elektrik sayğacları quraşdırılacaq

Azərbaycanın bəzi bölgələrində elektrik enerjisi, qaz və su təminatının yaxşılaşdırılması məsələləri üzrə zona müşavirələri keçirilib. Bu barədə Trend xəbər verir. Azərbaycan höküməti baş nazirinin birinci müavini Yaqub Eyyubovun bu gün jurnalistlərə verdiyi məlumata görə, tədarük edilmiş qaz və elektrik enerjisinə görə vəsait yığımı ilə bağlı problemlər mövcuddur.

"Lakin bu məsələnin digər tərəfi də var. Bir çox bölgələrdə sayğaclar hər yerdə quraşdırılmayıb və istehlakçılar nə qədər pul ödəyəcəklərini bilmirlər. Hər bir rayon özü üçün məbləğ təyin edir və həmin məbləği ödəyirdi", - deyə o bildirib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə bu prosesin sistemləşdirilməsi üçün rayonların hər yerində sayğaclar quraşdırılacaq. "İlin sonunadək bu proses tamamilə başa çatacaq və 2007-ci ildən etibarən istehlakçılar tədarük edilmiş elektrik enerjisinin real həcminə görə pul ödəyəcəklər", - deyə baş nazirin birinci müavini bildirib.

Xəbər lenti

Xəbər lenti