...

BQP sədrinin müavinləri bu həftə müəyyən olunacaq

Siyasət Materials 25 Oktyabr 2006 12:48 (UTC +04:00)

Böyük Quruluş Partiyası (BQP) sədrinin müavinləri bu həftə müəyyən olunacaq. Bu barədə Trend ə BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, BQP II qurultayını sentyabrın 30-da keçirsə də, partiyanın bir sıra rəhbər strukturları tam formalaşmayıb. Partiya sədri vurğulayıb ki, Siyasi Qurulun tərkibi tam formalaşdırıldıqdan sonra müavinlər məsələsi həll olunacaq: "İlk növbədə Siyasi Qurulun tərkibi formalaşdırılmalıdır. Daha sonra isə müavinlər müəyyənləşəcək".

Millət vəkili bildirib ki, üç müavinin müəyyənləşməsi nəzərdə tutulub. Namizədlər sədr tərəfindən veriləcək və Ali Məclisdə təsdiqlənəcək. F.Qəzənfəroğlu rəhbərlik etdiyi partiyanın Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində təmsil olunacağı ilə bağlı yerli mətbuatda gedən yazılara da münasibət bildirib: "Hələ müraciət olunmayıb. Müraciət olunduqdan sonra qəti fikir bildirəcəyik".

Müxalifətyönlü BQP 2003-cü ildə F.Qəzənfəroğlunun təşəbbüsü ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti