...

Bir neçə seçki komissiyasının tərkibi buraxıldı

Siyasət Materials 25 Oktyabr 2006 17:45 (UTC +04:00)

11 saylı Əzizbəyov seçki dairəsinin 15 saylı məntəqə seçki komisiyasının və 54 saylı Dəvəçi-Siyəzən dairə seçki komisiyasının tərkibi buraxıldı. Trendin məlumatına görə , bu barədə oktyabrın 25-də MSK-nın iclasında qərar çıxarılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, həmin komissiyaların üzvləri qanun pozuntularına yol verib və vəzifələrin öhtəsindən gələ bilməyiblər.

Bundan başqa aşkar olunan qanun pozuntuları ilə əlaqədar 13 saylı Əzizbəyov seçki dairəsinin 21 saylı seçki məntəqəsinin, bu rayonun Buzovna bələdiyyəsinin 10,11,13,17 saylı, 54 saylı Dəvəçi-Siyazən dairəsinin 21 saylı, 78 saylı dairənin 2 saylı məntəqəsi, 79 saylı dairənin 1, 3, 11, 15 saylı, 115 saylı dairənin 3 saylı məntəqəsində bələdiyyə seçkilərinin nəticələri ləğv edildi. 61 saylı Neftçala Dairə Seçki Komisiyyasınınn Enikənd bələdiyəsi üzrə protokolu ləğv edilib. Həmçinin bəzi məntəqələrin protokollarını hesablamadığı üçün 88 saylı dairənin öz protokolu ləğv edildi.

Xəbər lenti

Xəbər lenti