6 oktyabr 2006-cı il tarixdə Azərbaycanda 603 bələdiyyə üzrə keçirilən təkrar, əlavə, yeni və ilk seçkilərin nəticələri təsdiqlənib. Trend in məlumatına görə, oktyabrın 25-də keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında bələdiyyə seçkilərinin ilkin protokolları komissiya üzvləri tərəfindən imzalanıb.
603 bələdiyiyə üzrə keçirilmiş seçkilərin yekunu olaraq 600 bələdiyyənin nəticələri etibarlı, 3 bələdiyyənin isə nəticəsi etibarsız sayılıb. İclasda oktyabrın 6-da keçirilmiş təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkilərinin nəticələri, o cümlədən MSK-nın yekun protokolu təsdiqlənib. Nəticələr oktyabrın 26-da MSK-nın internet səhifəsində yerləşdiriləcək.