...

ATƏT PA-nın vitse-prezidenti Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət edib

Siyasət Materials 26 Oktyabr 2006 11:04 (UTC +04:00)

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) vitse- prezidenti, Ukraynanın bu təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Oleq Bilorus oktyabrın 26-da Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhidlər Xiyabanını ziyarət edib. Trend xəbər verir ki, hazırda O.Bilorus Milli Məclisdə görüşlər keçirir.

Qeyd edək ki, vitse-prezidentin Bakıya səfərində məqsəd ATƏT PA ilə Azərbaycan arasında əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.

Oktyabrın 29-da başa çatacaq səfər çərçivəsində qonağı Milli Məclisin sədri Oqtay Əsədovun qəbul edəcəyi də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti