...

Əli Əliyev: "Müsavat Partiyası real müxalifət düşərgəsinə dönə bilərsə, onunla əməkdaşlıq mümkündür"

Siyasət Materials 26 Oktyabr 2006 12:39 (UTC +04:00)

Müsavat Partiyası real müxalifət düşərgəsinə dönə bilərsə, onunla əməkdaşlıq mümkündür. Bu barədə Trend ə "Azadlıq" siyasi blokunun təsisçilərindən olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

VİP sədri qeyd edib ki, 2005-ci il parlament seçkilərinə qədər Müsavat Partiyası ilə bir yerdə olublar: "Parlament seçkilərinə münasibətdə mövqelərimiz haçalanıb. Əgər bizi ayıran qərarlar dəyişdirilərsə, təbii ki, əməkdaşlığımıza yenidən baxıla bilər".

Partiya sədri blok daxilində 2008-ci il prezident seçkilərini bakot etmək barədə düşünüldüyünü də vurğulayıb. Ə.Əliyev onu da bildirib ki, əgər seçki komissiyaları müxalifətin təklifləri əsasında yenidən formalaşdırılmazsa blok növbəti prezident seçkilərində iştirakdan imtina edəcək: "Ona görə də hazırda blok daxilində vahid namizədlə bağlı məsələlər müzakirə olunmur". VİP sədri vurğulayıb ki, növbəti prezident seçkiləri iloə bağlı veriləcək baykot qərarı ictimaiyyətin geniş diqqətini cəlb edəcək.

"İndidən baykot taktikasının seçilməsini blok daxilində vahid namizədlə bağlı məsələdə konsensusun əldə olunmayacağı ilə əlaqələndirmək olarmı" sualımızı VİP sədri belə cavablandırıb: "Vahid namizədin müəyyənləşdirilməsi ağır prosedur olsa da blokun liderlərinin siyasi iradəsi kifayət edər ki, bu məsələ ilə bağlı ümumi qərar qəbul olunsun".

Müxalif "Azadlıq" siyasi bloku 2005-ci il parlament seçkiləri öncəsi Müsavat Partiyası, Milli Birlik Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən yaradılıb. Seçkilərdən sonra Müsavat Partiyası blokun sıralarını tərk etdikdən sonra VİP qurumda təmsil olunub. VİP isə 2006-cı ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti