...

AŞ Azərbaycanda terrorun maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə haqqında qanunun yaradılması təşəbbüsü ilə çıxış edir

Siyasət Materials 27 Oktyabr 2006 11:43 (UTC +04:00)

Trend-i buradan izləyin

ABŞ-ın Bakıdakı səfirliyi və Avropa Şurası Azərbaycan hökuməti ilə əməkdaşlıqda "Azərbaycanda pulların yuyulması, terrorun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri ilə mübarizə üzrə orqanın yaradılması" mövzusunda texniki seminar keçirir. Trend in xəbər verdiyi kimi, seminar oktyabrın 30-u və 31-də keçiriləcək.

Azərbaycan, Avropa ölkələri və ABŞ-dan olan ekspertlər seminarda terrorun maliyyələşdirilməsi və s. ilə mübarizə haqqında yeni qanunun hazırlanması və qəbulu, o cümlədən beynəlxalq standartlara cavab verən ixtisaslaşmış maliyyə kəşfiyyat orqanının yaradılması ilə bağlı məsələləri müzakirə edəcək.

"Bir çox aylar ərzində ABŞ-ın Ədliyyə Nazirliyi və AŞ Azərbaycan hökumətinə terrorun maliyyələşdirilməsi mənbələrinin və maliyyə cinayətlərinin araşdırılması, bu cinayətlərə görə məhkəmə məsuliyyətinə cəlb edilmə istiqamətində lazımi hüquqi çərçivələrin yaradılmasına yönəlmiş texniki yardım göstərib", - deyə AŞ-nin məlumatında deyilir.

Seminarda Azərbaycan hökuməti nümayəndələri ilə yanaşı, ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders və AŞ baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Denis Bribosia da çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti