...

Azərbaycan prezidenti NATO ilə əməkdaşlığın səviyyəsində məmnundur

Siyasət Materials 30 Oktyabr 2006 12:02 (UTC +04:00)

"NATO-ya daxil olmaqla bağlı məsələ təkcə Azərbaycandan asılı deyil. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada akkreditə olunmuş bir sıra xarici ölkə KİV-nə müsahibəsində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, təşkilatlar da ölkənin struktura daxil olmasını istəməlidir. "Bunu ölkə də istəməli və buna hazır olmalıdır. Biz NATO ilə dialoq çərçivəsində də, "Sülh naminə tərəfdaşlıq proqramı" çərçivəsində də çox fəal əməkdaşlıq edirik. İki il əvvəl biz yeni formata keçmişik. Bu, NATO ilə "Fərdi tərəfdaşlığın fəaliyyət planı"dır",- deyə İlham Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycan NATO qoşunları ilə birlikdə sülhayartma əməliyyatları aparır. "Əməkdaşlığımız çox səmərəli şəkildə inkişaf edir və biz bundan çox məmnunuq. Bu əməkdaşlığın haraya aparıb çıxaracağını zaman və vəziyyətin inkişafı göstərəcək",- deyə İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti