...

Azərbaycan prezidenti AŞPA-nın ölkə üzrə həmməruzəçilərini qəbul edib

Siyasət Materials 30 Oktyabr 2006 16:09 (UTC +04:00)

Oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin ölkə üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkeli qəbul edib.

Trend in xəbər verdiyi kimi, görüşdə Azərbaycanda baş verən demokratik proseslər, siyasi, iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar müzakirə olunub.

Bundan başqa, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın mövcud səviyyəsi ilə bağlı məsələyə və gələcək perspektivlərə də toxunulub.

Xəbər lenti

Xəbər lenti