...

İsa Qəmbər: "Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verəcəyik"

Siyasət Materials 30 Oktyabr 2006 17:39 (UTC +04:00)

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verəcək. Bu barədə Trend ə Müsavat Partiyasının başqanı İsa Qəmbər açıqlama verib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 28-nə planlaşdırdığı yürüş-mitinqin keçirilməsinə razılıq verməyib. İsa Qəmbər bildirib ki, partiya şəhər rəhbərliyinin müraciətə mənfi cavab verməsini yolverilməz hesab edir. Ona görə Müsavat Partiyası yenə də məhkəməyə müraciət edəcək.

"Həmçinin paralmentdə də bu məsələ qaldırılacaq. Kütləvi aksiyalarla bağlı partiyada müzakirələr davam etdiriləcək. Növbəti dəfə aksiyaların təyin olunması barədə müzakirələr aparılması nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti artıq bir neçə dəfə bizim konstitusion hüquqlarımızı pozub, qanunlara zidd gedərək hüquqlarımıza məhdudiyyətlər qoyur. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verəcəyik".

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti