...

AŞPA həmməruzəçiləri "Azadlıq" blokunun liderləri ilə görüşüblər

Siyasət Materials 30 Oktyabr 2006 18:03 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ardres Herkel və Toni Lloyd oktyabrın 30-da müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun liderləri ilə görüşüblər. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

O, bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi durum, mətbuata təzyiqlər, siyasi məhbus məsələsi, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin səviyyəsi, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi və digər məsələlər barədə danışılıb.

"Biz bu məsələlərlə bağlı mümkün qədər ətraflı məlumat verməyə çalışdıq. AŞPA həmməruzəçiləri isə bir qayda olaraq müxtəlif mənbələrdən məlumatlar toplayırlar, sonra bu məlumatlar əsasında Avropa Şurasında məruzə hazırlayırlar. Siyasi partiyaların fəaliyyətlərinin məhdudlaşdırılması, kütləvi informasiya vasitələrinin üzləşdiyi problemlər, vətəndaşların sərbət toplaşmaq hüququnun pozulması, həmçinin seçki məsələləri haqda məlumat verdik"-deyə S.Cəlaloğlu bildirib.

ADP funksionerinin sözlərinə görə, yeni təyin olunmuş məruzəçi Toni Lloyd müxalifət liderlərində xoş təəssürat yaradıb. S.Cəlaloğlu qeyd edib ki, həmməruzəçi ona çatdırılan məlumatları narahatlıqla qarşılayıb.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti