...

Nazir: Moskva G8 sammitində qlobal enerji təhlükəsizliyi ilə bağlı qəbul olunmuş təklifləri nəzərdən keçirəcək

Siyasət Materials 31 Oktyabr 2006 20:43 (UTC +04:00)
Nazir: Moskva G8 sammitində qlobal enerji təhlükəsizliyi ilə bağlı qəbul olunmuş təklifləri nəzərdən keçirəcək

"Böyük səkkizliy"in hələ Sankt-Peterburq sammitində Rusiyanın fəal təşəbbüsü ilə gündəliyə qlobal enerji təhlükəsizliyi məsələsi daxil olunmuşdu. Məhz mövzunun aktuallığı baxımından hazırkı forum sadəcə konfrans deyil, tammiqyaslı enerji dialoqudur.

Trend in Moskvadakı xüsusi müxbirinn xəbər verdiyi kimi, bunu bu gün Rusiyanın sənaye və energetika naziri, Moskva Beynəlxalq Enerji Forumunun təşkilat komitəsinin həmsədri Viktor Xristenko Moskvada "Enerji həftəsi"nin təntənəli açılış mərasimindəki giriş nitqində bəyan edib.

Bundan başqa, o bildirib ki, enerji təhlükəsizliyi konsepsiyası özündə qloballaşma, beynəlmiləlçilik və müasir dünyanın digər reallıqları şəraitində iqtisadi və mədəni dəyərləri, eləcə də digər mühüm aspektləri birləşdirir. Cənab Xristenko əmindir ki, qarşıya qoyulan məsələlərin həlli üçün müvafiq əzm lazımdır, bu isə, onun fikrincə, Moskva enerji dialoqunun bütün iştirakçılarında var.

Dialoq işini noyabrın 2-də başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti