...

İlham Əliyev: Azərbaycan Qars-Axalkalaki-Tiflis-Bakı layihəsinin gerçəkləşdirilməsi üçün vəsaitlərin yarısını ayıracaq

Siyasət Materials 1 Noyabr 2006 16:07 (UTC +04:00)

Azərbaycan Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol xəttinin açılması layihəsinin gerçəkləşdirilməsi üçün vəsaitlərin yarısını ayıracaq. Bu barədə noyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayon ictimaiyyəti qarşısında çıxışı zamanı bəyan edib.

"Hazırda regionda heç bir məsələ Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilə bilməz. Azərbaycan istənilən layihəni gerçəkləşdirmək üçün azad və müstəqildir. Biz bir çox layihələrin təkcə iştirakçısı deyil, həm də təşəbbüskarıyıq", - deyə prezident bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə çoxlu sayda layihələr həyata keçirilir, yollar, elektrik stansiyaları inşa edilir, təbii ehtiyatlardan səmərəli istifadə olunur.

Qeyd edək ki, layihənin gerçəkləşdirilməsi üzrə fiziki işlərə 2007-ci ilin yanvarında başlanmalıdır. Hazırda dəmiryolunun açılışı üzrə demək olar ki, bütün layihəöncəsi işlər başa çatıb.

Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol nəqliyyat dəhlizinin yaradılması layihəsinə 98 km uzunluğunda Qars-Axalkalaki dəmir yolu qolunun inşası daxildir. Bunun 68 km-i Türkiyə, 30 km-i isə Gürcüstan ərazisinin payına düşür. Bundan başqa, Axalkalaki-Tiflis hissəsində müəyyən yenidənqurma işləri aparmaq lazımdır. Layihənin orta dəyəri $400 mln həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti