...

Arif Hacılı: "Müsavat Partiyası Məclisinin iclası yaxın vaxtlarda keçirilməyəcək"

Siyasət Materials 3 Noyabr 2006 13:36 (UTC +04:00)

Müsavat Partiyası Məclisinin iclası yaxın vaxtlarda keçirilməyəcək. Bu barədə Trend ə partiya başqanının müavini Arif Hacılı məlumat verib.

O bildirib ki, Nizamnaməyə görə, Məclisin iclası 3 aydan bir keçirilməlidir. A.Hacılının sözlərinə görə, hələ ki, iclasın keçirilməsi gözlənilmir. Qeyd edək ki, Müsavatın Məclisi üzvlüyünə 20-dən çox yer boşdur. Arif Hacılı bildirib ki, növbəti iclasda Məclis üzvlüyünə seçkilər həm keçirilə, həm də keçirilməyə bilər: "Məclis üzvlüyünə seçkilər Məclisin iclasının qərarından asılı olacaq".

Başqan müavini onu da deyib ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət hazırlayıb. Şikayət bu günlərdə məhkəməyə təqdim olunacaq. Partiya Bakı Şəhər İcra Hakimiyyətini vətəndaşların sərbəst toplaşmaq hüququnu pozmaqda ittiham edir.A.Hacılı Müsavat Partiyasının gələn həftə yenə də mitinqlə bağlı müzakirələr aparacığını deyib.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti