...

"Azadlıq" bloku yanvarda bütün siyasi qüvvələrin iştirakı ilə ümumrespublika konfransı keçirəcək

Siyasət Materials 3 Noyabr 2006 15:54 (UTC +04:00)

"Azadlıq" siyasi bloku yanvar ayında bütün siyasi qüvvələrin iştirakı ilə ümumrespublika konfransı keçirəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə blokun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu açıqlama verib.

S.Cəlaloğlu qeyd edib ki, "Azadlıq" bloku bütün siyasi qüvvələrin iştirakı ilə ümummilli problemlərin həllinə tərəfdardır: "Bu konfransın keçirilməsində məqsəd ümummilli mövqeyin ortaya qoyulmasıdır. Artıq bu prosesə hazırlıq gedir, tədbirin gündəliyi və formatı müəyyənləşdirilib. 3-4 məsələnin müzakirəyə çıxarılması nəzərdə tutulub. Bunlar əsasən, seçkilər, Qarabağ problemi, sosial-iqtisadi vəziyyətlə bağlı məsələlərdir".

S.Cəlaloğlunun sözlərinə görə, bu ümumrespublika konfransının keçirilmə təşəbbüsü Azərbaycan tarixində ilk orijinal təklifdir. Çünki indiyədək iqtidar və müxalifətin bir araya gələrək ümumilli məsələləri müzakirə etməsinə rast gəlinməyib.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti