...

Azərbaycan prezidenti Latviya səfirinin etimadnamələrini qəbul edib

Siyasət Materials 3 Noyabr 2006 16:46 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Popkovsun etimadnamələrini qəbul edib.

Latviyanın Azərbaycandakı ilk səfiri təyinatı haqqında etimadnamələri prezidentə təqdim edərək bildirib ki,Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəcək. Son vaxtlar iki ölkə arasında münasibətlərin geniş formatda uğurla inkişaf etdiyini qeyd edən İlham Əliyev Latviyada Azərbaycanın səfirliyinin açılmasını və hər iki dövlət başçısının qarşılıqlı səfərlərini müsbət amil kimi qiymətləndirib. Onun sözlərinə görə, bu amillər ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcək.

Xəbər lenti

Xəbər lenti