...

Brüsseldə AB və Azərbaycan arasında energetika əməkdaşlığı haqqında Memorandum imzalanacaq

Siyasət Materials 6 Noyabr 2006 15:03 (UTC +04:00)
Brüsseldə AB və Azərbaycan arasında energetika əməkdaşlığı haqqında Memorandum imzalanacaq

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-8-də Brüsseldə AB, NATO və Belçika rəhbərləri ilə danışıqlar aparmaq niyyətindədir. Bu barədə Azərbaycanın Belçika və Avropa Birliyindəki səfiri Arif Məmmədov Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısının Brüsselə noyabrın 6-da axşam gələcəyi gözlənilir. Noyabrın 7-də AB-nin Nazirlər şurasının baş katibi, AB-nin xarici siyasət və müdafiə məsələləri üzrə ali komissarı Xavyer Solana (Javier Solana), Avropa komissiyasının prezidenti Xose Manuel Barrozo (Jose Manuel Barroso), AB-nin energetika məsələləri üzrə komissarı Andris Piebalqs (Andris Piebalgs) ilə görüşlər, Avropa parlamentinin deputatları ilə nahar gözlənilir. AB və Azərbaycan arasında energetika əməkdaşlığı haqqında Memorandumun imzalanacağı nəzərdə tutulub. Həmçinin Belçika parlamentinin sədri Ann-Mari Lizin (Anne-Marie Lizin) ilə görüş, Krallığın beynəlxalq münasibətlər institutunda ("Edmund" sarayında) çıxış nəzərdə tutulub.

Noyabrın 8-də Azərbaycan prezidentinin NATO qərargahına ziyarəti və təşkilatın baş katibi Yaap de Xoop Sxefferlə görüşü, NATO Şimali Avropa -Atlantika əməkdaşlığında çıxışı, siyasi brifinq keçirməsi planlaşdırılır. Belçikanın baş naziri Giy Ferhofştad, Belçikanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Karl de Quxtla (Karel de Gucht) görüş də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti