...

Bela Tsikuriya: Gürcüstanda yaşayan azərbaycanlılara qəbul imtahanlarında güzəşt edilməsi qeyri-mümkündür

Siyasət Materials 6 Noyabr 2006 15:18 (UTC +04:00)

Gürcüstan azərbaycanlılarına qəbul imtahanlarında güzəşt edilməsi qeyri-mümkündür. Bu barədə Trend ə eksklüziv olaraq Gürcüstanın təhsil və elm nazirinin müavini Bela Tsikuriya bəyan edib.

O qeyd edib ki, hər bir Gürcüstan vətəndaşı başa düşməlidir ki, ölkədə ali məktəblərə vahid milli qəbul sistemi mövcuddur. "Müəyyən kvotalar təsis etmək qeyri-mümkündür. Ancaq qeyri-gürcü dilli tələbələr üçün əlavə xüsusi hazırlıq proqramları var", - deyə nazir müavini vurğulayıb.

B.Tsikuriya bildirib ki, bu il Gürcüstanın ali məktəblərinə 17 azərbaycanlı daxil olub. Gürcüstan azərbaycanlıları Bakıda və ya Rusiyada təhsil almağa üstünlük verir.

Xəbər lenti

Xəbər lenti