...

600 Gürcüstan azərbaycanlısı doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alacaq

Siyasət Materials 6 Noyabr 2006 15:54 (UTC +04:00)

Kaxeti bölgəsi Saqareco rayonu Yormuğanlı kəndindəki Gürcüstan azərbaycanlıları ilk dəfə Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsini alacaqlar. Gürcüstan Ədliyyə Nazirliyindən Trend in xüsusi müxbirinə verilən xəbərə görə, bu məqsədlə bu gün ədliyyə naziri Giya Kavtaradze kəndə yola düşəcək.

Nazirlikdən verilən məlumata görə, indiyədək bu kəndin sakinlərinin heç bir sənədi olmayıb. Cəmi 600 nəfər belə vətəndaş var. Ədliyyə naziri ilə birgə bu gün vətəndaşların olmasının hüquqi faktını təyin etmək üçün Yormuğanlıya ezam olunan hakim də kəndə gələcək. Vətəndaşlar artıq bu gün doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almağa başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti