...

Georgi Qabaşvili: Gürcüstan hökuməti erməni generalına abidə qoyulması ilə bağlı məsələyə müdaxilə edəcək

Siyasət Materials 7 Noyabr 2006 12:10 (UTC +04:00)
Georgi Qabaşvili: Gürcüstan hökuməti erməni generalına abidə qoyulması ilə bağlı məsələyə müdaxilə edəcək

Rəsmi Tiflis Samxa-Cavaxetidə erməni generalına abidə ucaldılmasının Azərbaycanla münasibətlərə təsir etməməsi üçün bu məsələ ilə bağlı tədbir görəcək. Bu barədə Trend ə Gürcüstanın mədəniyyət naziri Georgi Qabaşvili bəyan edib.

Xatırladaq ki, Gürcüstanın ermənilərin yaşadığı Samxa-Cavaxeti bölgəsində Qarabağ müharibəsində iştirak etmiş erməni generalı Dalbandyanın abidəsinin qoyulması ilə bağlı təşəbbüs irəli sürülüb. Bölgənin ermənilərin də təmsil olunduğu yeni icra hakimiyyəti bəyan edib ki, bu abidənin açılışı üçün onların qərarı kifayətdir.

Gürcüstanlı nazir təsdiqləyib ki, ölkə qanunlarına görə, abidənin qoyulması məsələsini yerli hakimiyyət orqanları həll edir. "Ancaq belə məsələlər siyasi rəng aldıqda, biz qonşumuz Azərbaycanın da maraqlarını nəzərə almalıyıq", - deyə Q.Qabaşvili vurğulayıb. O bildirib ki, Gürcüstan həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərə malikdir. Ancaq dostlarımızı narahat edən bu cür məsələlər, əlbəttə, nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti